...

ARDNŞ parnik effekti yaradan qazların monitorinqini yekunlaşdırıb

Energetika Materials 9 İyun 2010 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

ARDNŞ-in Ekologiya İdarəsi qurumun müəssisələrində, əməliyyat şirkətlərində, həmçinin, müştərək idarələrdə parnik qazlarının inventarlaşdırılmasını yekunlaşdırılıb. Bu barədə idarənin məlumatında deyilir.

ARDNŞ-in məlumatına görə, 2009-cu ildə parnik effekti yaradan qazların emissiyası karbon qazı ekvivalenti ilə 19 min 217,5 ton təşkil edib. Əsas həcm  "Azəriqaz" İstehsalat Birliyinin (Azərbaycanda qazın paylanması) payına düşür - karbon qazı ekvivalenti ilə 15 min 973,22 ton.

Monitorinqlər iqlim dəyişilməsi üzrə çərçivə konvensiyasının yerinə yetirilməsi ilə bağlı tədbirlər kontekstində, həmçinin, iqlim dəyişilməsi sahəsində ARDNŞ strategiyası əsasında yolüstü qazların azaldılması planına görə, tədbirlər planının dəqiqləşdirilməsi üçün keçirilib. Bu plan Almaniyanın İqtisadi Tədqiqatlar İnstitutu ilə birgə hazırlanır.

Monitorinqlərin nəticələrinə görə hesabatlar hazırlanıb, ARDNŞ-in müəssisələrində, müştərək qurumlarda və əməliyyat şirkətlərində parnik effekti yaradan qazların emissiyası hesablanıb.

Xəbər lenti

Xəbər lenti