...

ARDNŞ Gürcüstanda daha iki yanacaqdoldurma mənətəqəsi açıb

Energetika Materials 22 İyun 2010 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanda SOCAR brendi altında yanacaqdoldurma mənətəqələri şəbəkəsini genişləndirməkdə davam edir. İyunun 22-də Tbilisidə daha iki yeni məntəqənin açılış mərasimi keçirilib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

"SOCAR Georgia Petroleum" MMC-yə məxsus yanacaqdoldurma məntəqələrinin açılış mərasimində ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri, "SOCAR Energy Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov rəmzi qırmızı lenti kəsərək, məntəqələrin kollektivinə uğurlar arzulayıb.

İki yeni yanacaqdoldurma məntəqəsinin açılması ilə "SOCAR" brendi ilə fəaliyyət göstərən və ən yüksək standartlara cavab verən məntəqələrin sayı 34-ə çatıb.

2010-cu ildə ümumilikdə Gürcüstanda 30 yeni yanacaqdoldurma məntəqəsinin açılması planlaşdırılıb.

SOCAR Energy Georgia Gürcüstanda neft və neft məhsulları bazarında distribüterlik və marketinqlə məşğul olur. Şirkət Gürcüstan bazarında neft nəhsulları və qaz satır.

SOCAR Georgia-nın həmtəsisçiləri kimi ARDNŞ (51%), Petro-Trans FZCO (24,5%) və Vano Çxartişvili (24,5%) çıxış edirlər.

Xəbər lenti

Xəbər lenti