...

Chevron Azərbaycan vasitəsilə neft nəqlini azaldıb

Energetika Materials 3 İyul 2010 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul/Trend, müxbir E.Ismayılov/

Qazaxıstanın "Tengiz" yatağının işlənilməsinin operatoru olan Amerikanın Chevron şirkəti son vaxtlar Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri ilə neft nəqlinin həcmini azaldıb. Bu barədə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (XDG) rəhbəri Aydın Bəşirov deyib.

Chevron şirkətinin neft daşımaları üzrə aylıq həcmi 250-300 min tondan 100 tonadək azalıb. XDG-nın Qazaxıstandan İran limanlarına daşıdığı neft məhsullarının nəqli də azalıb.

"Yəqin bu, yükgöndərənlə alıcı arasında razılığın olmamsı və ya İrandakı ümumi vəziyyətlə əlaqədardır", - Bəşirov bildirib.

Chevron şirkəti öz neftini dəmiryol vasitəsilə Azərbaycan-Gürcüstan dəhlizi marşrutu üzrə Gürcüstanın Qara dəniz limanlarına daşıyır. Əvvəllər şirkət neftini Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edib. Lakin tariflər üzrə razılığın əldə olunmamasına görə, bu marşrut üzrə xammalın nəqli dayandırılıb.

Xəbər lenti

Xəbər lenti