...

Azərbaycan və Misir karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığı nəzərdən keçirirlər (FOTO)

Energetika Materials 7 İyul 2010 14:36 (UTC +04:00)
Azərbaycan və Misir enerji sahəsində, xüsusilə də geoloji və axtarış-kəşfiyyat işləri, neft və qaz hasilatı, karbohidrogenlərin emalı və nəqli sahəsi üzrə birgə çərçivələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdən keçirirlər, - bu barədə çərşənbə günü Bakıda Misirin neft naziri Əmin Sameh Fəhmi deyib.
Azərbaycan və Misir karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığı nəzərdən keçirirlər (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir E.İsmayılov/

AzərbaycanMisir enerji sahəsində, xüsusilə də geoloji və axtarış-kəşfiyyat işləri, neft və qaz hasilatı, karbohidrogenlərin emalı və nəqli sahəsi üzrə birgə çərçivələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdən keçirirlər, - bu barədə çərşənbə günü Bakıda Misirin neft naziri Əmin Sameh Fəhmi deyib.

Nazirin sözlərinə görə, Misir karbohidrogenlərin dünya limanlara çıxarılması üçün bütün zəruri neft-qaz infrastrukturuna malikdir. Neft və neft məhsullarının saxlanılması və boşaldılması üçün infrastruktur da var.

"Misir Azərbaycana adıçəkilən ölkədə Azərbaycan neftinin emal edilməsi və hazır neft məhsullarının realizə edilməsi sahəsində əməkdaşlığı genişləndirməyi təklif edir", - Fəhmi qeyd edib.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin dediyinə görə, Azərbaycan neftinin bir hissəsi Misirin neft istehsalı zavodlarında arıq emal edilir. Bu, "SOCAR Trading" (ARDNŞ-in törəmə şirkəti) şirkətinin əməyi sayəsində mümkün olub.

Fəhminin qeyd etdiyinə görə, Misir tərəfi Azərbaycanın neft-qaz şirkətlərini ölkədə fəaliyyət göstərən 50-yə yaxın neft-qaz şirkətləri sırasında görmək istəyir.

Onun sözlərinə görə, son vaxtlar Misirdə 60-dan çox yeni yataq kəşf edilib, lakin ölkə daha çox karbohidrogen mənbələrinin axtarışına istiqamətlənib və bununla əlaqədar Azərbaycanla geoloji və axtarış-kəşfiyyat işlərində əməkdaşlıq əhəmiyyət kəsb edir.

Fəhmi vurğulayıb ki, Azərbaycan və Misir İraqda, Liviyada və Afrikanın digər ölkələrində əməkdaşlıq və birgə iş görə bilərlər.

Azərbaycanın sənaye və energetika nazirinin qeyd etdiyinə görə, ölkənin həm Aralıq dənizində, həm də Qırmızı dənizdə geoloji tədqiqatlar aparmağa imkanı var. Əməkdaşlıqla bağlı danışıqların daha ətraflı aparılması üçün birgə işçi qrupun yaradılması lazımdır.

Xəbər lenti

Xəbər lenti