"Azərikimya" buxar-generator qurğusunun istifadəyə verilməsinin 9-cu ildönümünü qeyd edir

Аzərbaycan, Bakı 7 iyul /Trend/
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi buxar-generator qurğusunun istifadəyə verilməsinin 9 ilinin tamam olması münasibəti ilə tədbir keçirib. Bu barədə çərşənbə günü ARDNŞ-dən verilən məlumatda deyilir.
Məlumatda deyildiyi kimi, buxar-generator qurğusunun tikintisinə 24 mart 1999-cu ildə başlanıb, 7 iyul 2001-ci ildə isə ulu öndər Heydər Əliyevin iştirakı ilə işə salınıb.
Qurğu saatda 480 ton 110 atmosferlik buxar və 32 meqavat gücündə elektrik enerjisi istehsal etmək gücünə malikdir. Müasir texnika və texnologiya ilə təmin olunmuş bu qurğuda bütün proseslər kompüter vasitəsilə avtomatik rejimdə idarə edilir.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq