...

Yanvar-iyun aylarında Qazaxıstanın Aktau ticarət limanı neftdaşıma yüklərinin boşaldılıb-yüklənilməsini 5 milyon tondan çox artırıb

Energetika Materials 8 İyul 2010 14:51 (UTC +04:00)
Yanvar-iyun aylarında Aktau Beynəlxalq Dəniz Ticarət Limanı (ABDTL) 2009-cu ilin 5,5 milyon tondan çox göstəricisinə nisbətdə 5,1 milyon ton neftdaşıma yükləri daşıyıb. Bu barədə limandan verilən məlumatda deyilir. Neftdaşıma yüklərinin həcmi iyunda 811,5 min ton təşkil edib, ötən ilin analoji dövründə bu göstərici 1,1 milyon ton olub.

Аzərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.İsmayılov/

Yanvar-iyun aylarında Aktau Beynəlxalq Dəniz Ticarət Limanı (ABDTL) 2009-cu ilin 5,5 milyon tondan çox göstəricisinə nisbətdə 5,1 milyon ton neftdaşıma yükləri daşıyıb. Bu barədə limandan verilən məlumatda deyilir. Neftdaşıma yüklərinin həcmi iyunda 811,5 min ton təşkil edib, ötən ilin analoji dövründə bu göstərici 1,1 milyon ton olub.

2009-cu ildə ABDTL, təxminən, 11,3 milyon ton neftdaşıma yükləri daşıyıb. 2008-ci ildə bu rəqəm 860,4 min ton olub.

Ötən ilin yanvar-may aylarında bir milyon tona nisbətdə 1,65 milyon tona yaxın neftdaşıma yükləri daşınıb.

ABDTL-nin boşaldılıb-yüklənilməsinin ümumi həcmini ilk yarımildə 6,75 milyon ton quru və neftdaşıma yükləri təşkil edib. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 6,6 milyon ton olub.

Yanvar-iyun aylarında Aktau limanında 1 089 gəmi işlədilib.

Hazırda Xəzər dənizində 6 beynəlxalq dəniz limanı var - Bakı (Azərbaycan), Həştərxan (Rusiya), Türkmənbaşı (Türkmənistan), Aktau (Qazaxıstan), Ənzəli və Neka (İran)

Xəbər lenti

Xəbər lenti