...

İran benzin idxalını iki dəfə azaldıb

Energetika Materials 13 İyul 2010 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

İran bu ilin birinci rübündə (İranda yeni il martın 21-dən başlayır) ümumilikdə 507,25 min ton benzin idxal edib. İdxal olunan benzinin ümumi dəyəri 376 milyon dollar təşkil edir. Bu barədə ISNA agentliyi məlumat verir.

Məlumatda deyildiyi kimi, benzin əsasən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ), Türkmənistandan, Sinqapurdan, Oman və Niderlanddan idxal olunub. Bu rəqəm ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə benzin idxalının yarıbayarı azaldığını göstərir. Ötən il İran göstərilən dövrdə ümumi dəyəri 911 milyon dollar olan 1 milyon 33 min ton benzin idxal edib.

Xəbər lenti

Xəbər lenti