...

ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidentinin təqdim olunması mərasimi keçirilib

Energetika Materials 19 İyul 2010 20:27 (UTC +04:00)
İyulun 19-da ARDNŞ-də (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yeni təyin olunmuş vitse-prezidentin və digər vəzifəli şəxslərin təqdim olunması mərasimi keçirilib.
ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidentinin təqdim olunması mərasimi keçirilib

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İyulun 19-da ARDNŞ-də (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yeni təyin olunmuş vitse-prezidentin və digər vəzifəli şəxslərin təqdim olunması mərasimi keçirilib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək son illər ARDNŞ-nin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi, ekoloji layihələrdən danışıb. Yaxın illərdə Şirkətin planlaşdırdığı genişmiqyaslı tədbirlərə toxunan ARDNŞ prezidenti yeni mərhələdə strateji inkişafın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Abdullayev qeyd edib ki, Azərbaycan Prezidenti ARDNŞ-nin idarəetmə strukturunda strateji inkişaf üzrə vitse-prezident ştatının yaradılmasına qərar verib. Dövlət başçısının 2 iyul 2010-cu il tarixli sərəncamı ilə bu vəzifəyə Tofiq Ridvan oğlu Qəhrəmanov təyin olunub.

Şirkət prezidenti ARDNŞ-nin Baş Ofisində İnformasiya Texnologiyaları Departamentinin yaradıldığını və həmin Departamentin rəisliyinə İlham Tağı oğlu Aslanovun təyin olunduğunu söyləyib. ARDNŞ prezidenti həmçinin başqa bir əmrlə Ədnan Azər oğlu Əhmədzadəni Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi təyin etdiyini bildirib.

ARDNŞ-nin yeni təyin olunmuş vitse-prezidenti Tofiq Qəhrəmanov layiq görüldüyü böyük etimada görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və bu etimadı əməli işi ilə doğruldacağını deyib.

Tofiq Ridvan oğlu Qəhrəmanov 1953-cü ildə anadan olub, Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib. Əmək fəaliyyətinə Yeni Bakı Neftayırma Zavodunda mühəndis vəzifəsindən başlayan Qəhrəmanov 1980-1983-cü illərdə zavodun komsomol komitəsinin katibi, 1983-1990-cı illərdə Nizami rayon və Bakı şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. 1990-1998-ci illərdə Yeni Bakı Neftayırma Zavodunun direktor müavini, 1998-2006-cı illərdə "Azərneftyanacaq" Neft Emalı Zavodu və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda İqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi vəzifəsində işləyib. 2006-2007-ci illərdə ARDNŞ Aparatında Emalın strateji inkişafı şöbəsinin rəisi işləyib, 2007-ci ildə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi təyin olunub.

Xəbər lenti

Xəbər lenti