...

Bakı Dəniz Limanı yanvar-iyun aylarında 950 min tona yaxın neft yükləri daşıyıb

Energetika Materials 27 İyul 2010 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir E.İsmayılov/

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yanvar-iyun aylarında ötən ilin analoji dövründəki 1,2 milyon ton yükə qarşı 950 min ton neft yükləri daşıyıb. Bu barədə bazar ertəsi Bakı limanındakı mənbə bildirib.

"Ümumilikdə, birinci yarımildə 950 min ton neft yükləri daşınıb. Ötən illə müqayisədə bu göstərici 20 faiz azdır", - mənbə deyib.

Onun sözlərinə görə, neft yüklərinin daşınması həcminin azalması Mərkəzi Asiyadan olan neft yüklərinin bir hissəsinin hələ ötən il Səngəçal terminalına yönəldilməsi ilə izah edilir. Daşınmanı "Cross Caspian" şirkəti həyata keçirir.

2009-cu ildə Bakı limanı 2,5 milyon ton neft yükləri daşıyıb ki, bu da 2008-ci ildəki göstəricidən 10 faiz aşağıdır. 2009-cu ildə, ümumilikdə, liman 5,1 milyon ton yük daşıyıb.

Xəbər lenti

Xəbər lenti