...

Türkiyənin "Petkim" neft-kimya kompleksi istehsal proqnozlarını açıqlayıb

Energetika Materials 2 Avqust 2010 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir E.İsmayılov/

"SOCAR-Turcas"ın həmsahibi olduğu Türkiyənin "Petkim" neft-kimya kompleksi 2023-cü ilədək məhsul istehsalının həcmini ildə 10-15 milyon tona çatdırmaq niyyətindədir. Bu barədə bazar ertəsi "Petkim"dən bildiriblər.

Neft məhsulları 2014-cü ilin sonunadək kompleksin ərazisində tikiləcək neft emalı zavodunda istehsal olunacaq. Yeni zavodun layihə gücü ildə 10 milyon ton təşkil edəcək. Neft emalı zavodunun tikintisində başlıca məqsəd "Petkim" neft-kimya kompleksini xammalla təchiz etməkdən ibarətdir. Zavodun tikintisinə lisenziya artıq alınıb.

Əvvəlcə İsveçrənin "Foster Wheeler AG" şirkəti öz bölmələrindən birinin "SOCAR/TURCAS Rafineri AS" şirkətindən Türkiyədə NEZ tikintisi çərçivəsində müqavilə aldığını elan edib. Müqavilə yeni NEZ-in tam mühəndislik dizaynını və "Foster Wheeler" şirkətinə məxsus SYDECSM texnologiyası üzrə ləng kokslaşdırma qurğusunun tikintisinin ilkin injinirinqini nəzərdə tutur.

NEZ-ə naftanın hidrotəmizlənməsi üzrə atmosfer-vakuum trubçatkaların elektroduzsuzlaşdırma qurğusu, ləng kokslaşdırma (gücü sutkada 40 min barel), hidrokrekinq (sutkada 66 min barel), kerosin və dizel yanacağının hidrotəmizlənməsi qurğusu, LPG təmizləmə, katalitik reforminq (gücü sutkada 28 min barel), qazla təchiz olunmuş qurğu və digər avadanlıqlar daxildir.

"Foster Wheeler" müqavilə üzrə bütün işləri 2010-cu ilin sonunadək başa çatdırmağı planlaşdırıb.

NEZ-də istehsal ediləcək məhsulun ümumi həcmindən dörd milyon ton "Petkim"in xammala olan tələbatının ödənilməsinə yönəldiləcək. Qalan hissə, xüsusilə də dizel yanacağı, aviakerosin və digər enerji daşıyıcıları Türkiyə və Avropa bazarlarında satılacaq.

Məlumatda qeyd edildiyinə görə, Türkiyənin 2009-cu ilin yekunları üzrə neft-kimya bazarının həcmi 6-7 milyard dollar təşkil edib, 2015-ci ilədək bu həcm 10 milyard dollar, 2023-cü ildə isə 20 milyard dollar təşkil etməlidir.

2018-ci ilədək "Petkim" Türkiyənin neft-kimya bazarında indiki 26 faizlik pay sahibliyindən 40 faizlik pay sahibi olmaq məqsədini qarşısına qoyub.

2008-ci ildə ARDNŞ-nin "Turcas Petrol/Injaz Projects" şirkəti ilə alyansı "Petkim" kimya konserninin 51 faiz səhm paketinin alınması üzrə tenderin qalibi olub. Alyans şirkətin səhmlərinə 2,04 milyad dollar təqdim edib. Hazırda Türkiyə 70-75 faiz zəruri kimya məhsullarını idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına investisiyaları məhsul idxalını 30 faizədək azaldacaq.

Plastik qablaşdırma, parça, yuyucu vasitələr istehsal edən "Petkim Petrokimya Holding" Türkiyədə bu növ məhsulların yeganə istehsalçıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti