...

TƏPH qaz kəməri layihəsinin iştirakçıları birgə səylərin aktivləşdirilməsinə tərəfdardırlar

Energetika Materials 5 Avqust 2010 11:27 (UTC +04:00)
Aşqabad Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəməri layihəsinin iştirakçıları olan ölkələrin nümayəndələri "layihənin tezliklə reallaşdırılmasının və iştirakçıları birgə səylərin aktivləşdirilməsinin zəruri olduğunu" qeyd ediblər. Bu barədə "Neytral Türkmənistan" qəzeti məlumat verir.
TƏPH qaz kəməri layihəsinin iştirakçıları birgə səylərin aktivləşdirilməsinə tərəfdardırlar

Türkmənistan, Aşqabad, 5 avqust /Trend, müxbir H.Həsənov/

Aşqabad Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəməri layihəsinin iştirakçıları olan ölkələrin nümayəndələri "layihənin tezliklə reallaşdırılmasının və iştirakçıları birgə səylərin aktivləşdirilməsinin zəruri olduğunu" qeyd ediblər. Bu barədə "Neytral Türkmənistan" qəzeti məlumat verir.

Türkmənistan paytaxtında bu nəhəng layihənin texniki işçi qrupunun növbəti iclası keçirilib.

Məqalədə deyilir ki, işçi qrupun üzvləri bu layihənin həyata keçirilməsinin həm qaz tədarükçüsü olan Türkmənistan, həm də iqtisadiyyatının enerjidaşıyıcılarına ehtiyacı olan Pakistan və Hindistan, eləcə də istehsalçı və tranzit ölkə kimi Əfqanıstan üçün də sərfəlidir.

"Bu transmilli qaz kəmərinin çəkilişi layihənin iştirakçısı olan ölkələrə bir sıra mühüm, həmçinin, əlavə iş yerlərinin yaradılması, qaz magistralının bütün kənarı boyunca sosial infrastrukturun yaradılması və ən başlıcası, bütün regionda siyasi sabitliyin dəstəklənməsi və möhkəmlənməsi kimi sosial və humanitar məsələləri həll etməyə kömək edəcək", - məlumatda deyilir.

Tədbirdə əvvəllər əldə olunmuş razılaşmaların reallaşdırılması üzrə birgə işin reallaşdırılmasına yönələn bəzi texniki məsələlər müzakirə olunub.

Keçirilən iclas, onun iştirakçılarının fikrincə, "yaxın gələcəkdə dünya əhəmiyyətli yeni nəhəng enerji körpüləri ilə doldurulacaq dünya enerji məkanındakı qarşılıqlı fəaliyyət yollarında növbəti konstruktiv addım kimi mühüm əhəmiyyətə malikdir".

Xəbər lenti

Xəbər lenti