...

Rusiyanın Novorossiysk limanı neft məhsullarının doldurulub-boşaldılmasını azaldıb

Energetika Materials 11 Avqust 2010 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir E.İsmayılov/

Yanvar-iyul aylarında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanı 24,87milyondan çox neft daşıyıb. Bu göstərici 2009-cu ilin yanvar-iyun aylarında 25,83 milyon ton olub. Bu barədə limanın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Yanvar-iyul aylarında "Novorossiysk dəniz ticarəti limanı" ASC neft məhsullarını 7,69 milyon ton həcmdə nəql edib ki, bu da ötən ilin müvafiq dövründə 7,72 milyon tondan çox olub.

Yanvar-iyul aylarında, ümumilikdə, liman tərəfindən 50,1 milyon ton müxtəlif yük daşınıb. Bu göstərici ötən ilin müvafiq dövründə 50,6 milyon ton olub.

ARDNŞ öz neftinin Novorossiysk limanı vasitəsilə daşınmasını həyata keçirir. Yanvar-iyul aylarında ARDNŞ Bakı-Novorossiysk şimal boru kəməri vasitəsilə 1,26 milyon tondan çox neft ixrac edib ki, bu da 2009-cu ilin yanvar-iyul aylarında 1,5 milyon ton təşkil edib. İyulda bu neft boru kəməri ilə 216,1 min tondan çox neft ixrac edilib. Ötən ilin müvafiq dövründə bu göstərici 247 min tona yaxın olub.

2009-cu ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri vasitəsilə 2,5 milyon tona yaxın neft ixrac edib. 2008-ci ildə bu göstərici 1,2 milyon ton olub. 2007-ci ildə bu marşrut vasitəsilə 1,2 milyon ton neft ixrac edilib ki, bu da 2006-ci ilin göstəricisinə bərabərdir. 2005-ci ildə Bakı-Novorossiysk üzrə ixrac 1,6 milyon ton təşkil edib.

Novorossiysk limanının doldurulub-boşaltma üzrə məlumat cədvəli:

Yanvar-iyul 2010-cu il

Yanvar-iyul 2009-cu il

Fərq

Min ton

Min ton

Faizdə

Ümumi mal dövriyyəsi

50 090,1

50 601,9

-511,8

-1,0

Maye yüklər (cəmi)

32 940,9

34 015,4

-1 074,4

-3,2

Xammal neft

24 870,7

25 827,0

-956,2

-3,7

Neft məhsulları

7 687,2

7 723,0

-35,8

-0,5

Xəbər lenti

Xəbər lenti