...

ARDNŞ Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin sayını 45-ə çatdırıb

Energetika Materials 11 Avqust 2010 18:42 (UTC +04:00)
Çərşənbə günü "SOCAR Georgia Petroleum" "SOCAR" brendli yeni iki yanacaqdoldurma məntəqəsi açıb. Bu barədə ARDNŞ-in çərşənbə günü yayılan məlumatında deyilir.
ARDNŞ Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin sayını 45-ə çatdırıb

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Çərşənbə günü "SOCAR Georgia Petroleum" "SOCAR" brendli yeni iki yanacaqdoldurma məntəqəsi açıb. Bu barədə ARDNŞ-in çərşənbə günü yayılan məlumatında deyilir.

Məlumatda qeyd olunduğuna görə, yanacaqdoldurma məntəqələri Tbilisi şəhərinin mərkəzi hissəsində və Senaki şəhərinin mərkəzində açılıb. Yanacaqdoldurma məntəqələrinin açılış mərasimlərində "SOCAR Energy Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov başda olmaqla şirkət rəsmiləri iştirak ediblər.

Bu yanacaqdoldurma məntəqələrinin istismara verilməsi ilə Gürcüstan ərazisində "SOCAR" brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 45-ə çatıb.

"SOCAR Georgia"nın həmtəsisçiləri ARDNŞ (51%), "Petro-Trans FZCO" (24,5%) və Vano Çxartişvilidir (24,5%).

Xəbər lenti

Xəbər lenti