...

Türkmənistan və Əfqanıstan prezidentləri Nyu Yorkda TAPI qaz kəməri layihəsini müzakirə edəcəklər

Energetika Materials 24 Avqust 2010 16:55 (UTC +04:00)
Türkmənistan və Əfqanıstan prezidentləri Qurbanqulu Berdiməhəmmədov və Həmid Kərzai Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəməri layihəsini müzakirə etmək üçün sentyabrda Nyu Yorkda görüşməyi planlaşdırıblar.
Türkmənistan və Əfqanıstan prezidentləri Nyu Yorkda TAPI qaz kəməri layihəsini müzakirə edəcəklər

Türkmənistan, Aşqabad, 24 avqust /Trend, müxbir H.Həsənov/

Türkmənistan və Əfqanıstan prezidentləri Qurbanqulu BerdiməhəmmədovHəmid Kərzai Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəməri layihəsini müzakirə etmək üçün sentyabrda Nyu Yorkda görüşməyi planlaşdırıblar.

Razılıq telefon danışığı zamanı əldə olunub. Görüş dövlət rəhbərlərinin BMT Baş Assambleyasının 65-ci sessiyasında iştirakı çərçivəsində keçiriləcək.

"Həmsöhbətlər gələn ay Nyu Yorkda görüşmək və bu böyükmiqyaslı layihənin iştirakçı ölkələrinin və ümumilikdə bütün regionun iqtisadi çiçəklənməsinə xidmət edəcək TAPI transmilli qaz kəmərinin tikintisinin həyata keçirilməsi məsələlərini ətraflı müzakirə etmək barədə razılığa gəliblər", - məlumatın mətnində qeyd olunub.

Məlumatda vurğulanıb ki, Berdiməhəmmədov əfqan həmkarını onun üçün münasib olan istənilən vaxtda Türkmənistana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib. Səfərin müddəti diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Tərəflər son illər ikitərəfli və çoxtərəfli əsasda fəal inkişaf edən çoxaspektli əməkdaşlığın gələcəkdə gücləndirilməsinə qarşılıqlı hazır olduqlarını bildiriblər.

Təsdiq olunub ki, avqustun 29-da Kabildə ticari-iqtisadi və texniki əməkdaşlıq üzrə Türkmənistan-Əfqanıstan hökumətlərarası komissiyanın iclası keçiriləcək.

"Bizim ölkə qonşu Əfqanıstanın davamlı inkişafında maraqlıdır. Biz ona bundan sonra da dinc həyatın və iqtisadi firavanlığın əsaslarının möhkəmləndirilməsində istənilən köməyi göstərmək niyyətindəyik", - Türkmənistan rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti