...

ARDNŞ Gürcüstanda neft bazasının inşası üzrə işləri davam etdirir

Energetika Materials 25 Avqust 2010 19:12 (UTC +04:00)

Аzərbaycan, Bakı, 25 avqust /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət neft Şirkəti) 2011-c ilin sonuna qədər Gürcüstanda neft bazasının tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə SOCAR Energy Georgia (ARDNŞ-nın Gürcüstanda törəmə şirkəti) şirkətindəki mənbə bildirib.

"Bazanın inşası üzrə işlər 2011-ci ilin sonuna qədər tamamlanacaq", - mənbə deyib.

Neft bazası Tbilisi Beynəlxalq hava limanı yaxınlığında Kiziki küçəsində yerləşəcək. Tikintinin həyata keçirilməsi üçün 2008-ci ildə şirkət dəyəri təxminən 3 milyon dollar olan beş hektar torpaq alıb.

Gürcüstanda neft bazasının inşasının layihələndirilməsini mühəndis layihə xidmətləri təqdim edən Encotec (Engineering and Consulting Technologies) şirkəti həyata keçirir.

Neft bazasında ümumi tutumu 20,5 min ton olan 24 rezervuar yerləşdiriləcək. Onlarda benzin, dizel, aviabenzin kimi neft məhsulları saxlanılacaq. Həmçinin maye qazın saxlanılması üçün ümumi həcmi 1200 kubmetr olan dörd rezervuar yerləşdiriləcək. Yeni neft bazası layihəsi üç min ton tutumlu bitum anbarının inşasını nəzərdə tutur. Bütün bu məhsullar Gürcüstan bazarında həyata keçiriləcək.

SOCAR Georgia-nın həmtəsisçiləri ARDNŞ (51%), Petro-Trans FZCO (24,5%) və İvan Çxartişvilidir (24,5%).

Xəbər lenti

Xəbər lenti