...

ARDNŞ Azərbaycanda yeraltı qaz anbarlarından birinin üçölçülü modelinin hazırlanması işini tamamlayıb

Energetika Materials 28 Avqust 2010 13:55 (UTC +04:00)

Аzərbaycan, Bakı, 28 avqust /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Qalmaz yeraltı qaz anbarının üçölçülü modelinin hazırlanması işini tamamlayıb. Bu barədə şənbə günü ARDNŞ-dən verilən məlumatda deyilir.

Qaz anbarında modelin hazırlanması üçün üçölçülü geofiziki tədqiqatlar aparılıb.

Yatağın modelinin qurulması qaz anbarının fəal saxlama həcminin 1,2 milyard kubmetrdən 2,4 milyard kubmetrə qədər genişləndirilməsi üçün lazımdır.

Hazırda respublikada iki yeraltı qaz anbarı var - Qaradağ və Qalmaz

Bu il qaz anbarına üç milyard kubmetrə yaxın qaz vurulacaq ki, bu da rekord həcm hesab olunur. Ötən il ARDNŞ ölkənin yeraltı qaz anbarlarına iki milyard kubmetrə yaxın qaz vurub. Bu göstərici 2008-ci ildə 1,4 milyard kubmetr təşkil edib. Ötən il Qalmaz yeraltı qaz anbarına 1,16 milyard kubmetr, Qaradağa isə 795,3 milyon kubmetr qaz vurulmuşdu.

Xəbər lenti

Xəbər lenti