...

Azərbaycan, Gürcüstan və Rumıniya AGRI layihəsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında saziş imzalayıblar

Energetika Materials 14 Sentyabr 2010 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycan, Gürcüstan və Rumıniya AGRI qaz nəqliyyatı layihəsi (Azerbaijan-Georgia-Romania Interconnector) çərçivəsində birgə müəssisənin yaradılması haqqında saiş imzalayıblar. Bu barədə ARDNŞ-dən (Azərbaycan Dövlət Neft Şirkəti) verilən məlumatda deyilir.

Saziş ARDNŞ, Gürcüstanın Neft-qaz Korporasiyası və Rumıniyanın "Romqaz" şirkəti arasında imzalanıb.

Birgə müəssisə Buxarestdə fəaliyyət göstərəcək. Pay bölümü - hər iştirakçıya 33 faiz olmaqla düşür. Birgə müəssisə texniki-iqtisadi əsaslar və lazımi investisiyaların axtarışı üzrə hazırlıq işlərini nizamlamaqla məşğul olacaq.

Azərbaycan sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, layihənin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr.

İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.

AGRI - Azərbaycan-Gürcüstan-Rumıniya maye qazının Avropaya nəqli üzrə layihədir.

Mayın 12-də Azərbaycan, Rumıniya və Gürcüstan Tbilisidə bu layihənin gerçəkləşməsi üzrə birgə müəssisənin yaradılması barədə protokol imzalayıblar. Birgə müəssisə mövcud layihənin icraçısı kimi çıxış edəcək, podratçı şirkətin seçilməsi və maliyyələşdirmənin cəlb edilməsi üzrə tenderin elan olunması üçün bütün lazımi tədbirləri görəcək.

Aprelin 13-də tərəflər "Maye qaz və onun nəqli sahəsində əməkdaşlıq haqqında" memorandum imzalayıblar.

Azərbaycan maye qazının Rumıniyaya nəqli layihəsi maye qaz üçün iki terminalın inşasını - Gürcüstan və Rumıniyaya nəzərdə tutur. İlkin məlumatlara görə, layihənin dəyəri 4-6 milyard avro təşkil edir.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstant limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Xəbər lenti

Xəbər lenti