...

ARDNŞ və M.V.Frunze adına Sum NEZ avadanlıq tədarükünə dair müqavilə imzalayıblar

Energetika Materials 21 Sentyabr 2010 16:02 (UTC +04:00)
ARDNŞ və "M.V.Frunze adına Sum Neft Emalı Zavodu" ASC (Ukrayna) "Astara" kompressor stansiyasının (KS) modernləşdirilməsi üçün onun məhsuldarlığının artırılması məqsədilə avadanlıq tədarükünə dair müqavilə imzalayıblar.
ARDNŞ və M.V.Frunze adına Sum NEZ avadanlıq tədarükünə dair müqavilə imzalayıblar

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ və "M.V.Frunze adına Sum Neft Emalı Zavodu" ASC (Ukrayna) "Astara" kompressor stansiyasının (KS) modernləşdirilməsi üçün onun məhsuldarlığının artırılması məqsədilə avadanlıq tədarükünə dair müqavilə imzalayıblar. Bu barədə ASC-nin mətbuat xidmətindən bildiriblər.

Stansiyanın istehsal qabiliyyətinin artırılması ARDNŞ-yə İrana qaz tədarükünun həcminin artırılması üçün lazımdır.

ASC-dən bildirdiklərinə görə, "Astara" KS 2005-ci ildə Sum NEZ maşınqayıranları tərəfindən tikilib. Onun köməyi ilə Azərbaycan qazı İrana nəql olunur. Stansiyanın ümumi gücü sutkada üç trilyon kubmetr qaz təşkil edir. Qaza olan yüksək tələbatla əlaqədar olaraq, ARDNŞ KS-in genişləndirilməsi haqqında qərar qəbul edib.

Razılaşmaya əsasən, Frunze adına NEZ sifarişçiyə maye qazın qurudulması üçün qurğunu, eləcə də digər texnoloji avadanlıqları - tozyığan avadanlıq, hava soyutması aparatları, tutum avadanlığı, yüksək təzyiqli ayırıcı avadanlıq (150 atmosfer) və digər avadanlıqları təmin edəcək.

"Sum maşınqayırma birliyi Azərbaycan üçün məhsulu ən qısa vaxtda hazırlamağı öhdəlik götürüb: avadanlığın cari ilin oktyabr-noyabr aylarına tədarük edilməsi nəzərdə tutulub", - NEZ-dən bildiriblər.

Frunze adına NEZ-i Azərbaycanın neft, qaz və kimya müəssisələri ilə çoxdankı tərəfdaşlıq əlaqələri birləşdirir. Belə ki, 2002-ci ildə Sum maşınqayıranları qısa müddət ərzində 6,3 MVt gücə malik Azərbaycanın "Şimal" KS-ini tikərək istismara veriblər. Müəssisə Sumqayıt şəhərində kimya sənayesi obyektlərinin tikintisində və modernləşdirilməsində də iştirak edib.

Xəbər lenti

Xəbər lenti