Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Yusifzadə/
BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, İİR-in neft-kimya sənayesində ixrac ötən ilin analoji dövrü ilə müqayisədə 56 faiz artıb. İranın Neft-Kimya Kommersiya Şirkətinin rəhbəri Reza Xamzehlo bildirib. Xəbəri Fars agentliyi yayıb.
2010-cu ilin birinci yarısında İran, ümumilikdə, 4,5 milyard dollar dəyərində 7,3 milyon ton müxtəlif növ neft-kimya məhsulları ixrac edib.
İran Çinin əsas metanol ixracatçısı olub.