...

ARDNŞ Gürcüstana qaz ixracını davam etdirir

Energetika Materials 28 Sentyabr 2010 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

Hazırda ARDNŞ Gürcüstana sutkada 1,2 milyon kubmetrə yaxın qaz ixrac edir. Bu barədə çərşənbə axşamı neft-qaz bazarındakı mənbə deyib.

"ARDNŞ Gürcüstana qaz ixracını davam etdirir və hazırda bu istiqamətdə sutkada 1,2 milyon kubmetr qaz nəql olunur", - mənbə bildirib.

Gürcüstana qaz nəqli şirkətin Qazax rayonu ərazisində iki ölkəni birləşdirən boru kəməri vasitəsilə gürcü bazarındakı fəaliyyəti çərçivəsində həyata keçirilir. Bu kəmərlə qaz ixracının gücü ildə təxminən 3 milyard kubmetr qaz təşkil edir.

2008-ci ilin noyabrında Azərbaycan ilə Gürcüstan arasında saziş imzalanıb. Sənəd 2009-cu ildən başlayaraq sonrakı beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin fəallaşdırılması imkanlarını nəzərdə tutur. Memoranduma əsasən, ARDNŞ layihənin həyata keçirilməsi üçün Gürcüstan hökuməti tərəfindən müəyyən edilən qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edən "SOCAR Georgia Gas" törəmə müəssisəsini yaradıb.

Həmçinin, 2008-cil il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti 30 qazpaylayıcı təsərrüfat və qazpaylayıcı şəbəkənin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın müxtəlif regionlarını əhatə edir.

Yanvar-iyul aylarında ARDNŞ Gürcüstana 233 milyon kubmetr qaz ixrac edib.

Xəbər lenti

Xəbər lenti