...

İran ARDNŞ-dən neft-qaz və neft məhsullarının alınmasında maraqlıdır

Energetika Materials 29 Sentyabr 2010 21:22 (UTC +04:00)
İran Azərbaycandan neft, qaz, neft məhsulları və neft-kimya məhsullarının alınmasında maraqlıdr. Bu barədə çərşənbə günü Bakıda ticarət nazirinin müavini, İranın Ticarətin İnkişafı Təşkilatının sədri Babək Əfqahi ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirovla görüşdə deyib.
İran ARDNŞ-dən neft-qaz və neft məhsullarının alınmasında maraqlıdır

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran Azərbaycandan neft, qaz, neft məhsulları və neft-kimya məhsullarının alınmasında maraqlıdr. Bu barədə çərşənbə günü Bakıda ticarət nazirinin müavini, İranın Ticarətin İnkişafı Təşkilatının sədri Babək Əfqahi ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirovla görüşdə deyib.

Görüş zamanı Əfqahi qeyd edib ki, İran və Azərbaycan qardaş ölkələrdir və İran Azərbaycan ilə energetika, neft və qaz sahəsində əməkdaşlıqda maraqlıdır. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.

Tərəflər aralarında müzakirə edilən məsələlərin həyata keçirilməsi məqsədilə ekspertlərin həm Tehranda, həm də Bakıda görüşünün təşkili barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti