...

"Nabukko"nun dəstəklənməsi haqqında sazişin oktyabrda imzalanması planlaşdırılır - Ərdoğan

Energetika Materials 30 Sentyabr 2010 10:53 (UTC +04:00)
"Nabukko" qaz kəməri layihəsinin dəstəklənməsi haqqında sazişin oktyabrda imzalanması planlaşdırılır. Bu barədə çərşənbə güün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoqan bəyan edib. Xəbəri Anadolu agentliyi yayıb.
"Nabukko"nun dəstəklənməsi haqqında sazişin oktyabrda imzalanması planlaşdırılır - Ərdoğan

"Nabukko" qaz kəməri layihəsinin dəstəklənməsi haqqında sazişin oktyabrda imzalanması planlaşdırılır. Bu barədə çərşənbə güün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoqan bəyan edib. Xəbəri Anadolu agentliyi yayıb.

İstanbulda keçirilən II Qara dəniz İqtisadi və Enerji Forumunun açılışında çıxış edərkən Ərdoğan xatırladıb ki, "Nabukko" layihəsi üzrə hökumətlərarası saziş 2009-cu ilin iyulunda imzalanıb.

"Biz layihənin dəstəklənməsi haqqında sazişi oktyabrda imzalanmağı planlaşdırırıq. İllik 31 milyard kubmetr [təbii qaz] gücündə olacaq bu boru kəməri layihəsi Avropa Komissiyası tərəfindən dəstəklənir. Lakin biz onun həyata keçirilməsini gözləyirik", - Ərdoğan bildirib.

Xəbər lenti

Xəbər lenti