...

Azərbaycanın enerji nəqliyyatı infrastrukturunun inkişafı region üçün mühüm rol oynayır – amerikalı ekspert Edvard Çou (FOTO)

Energetika Materials 8 Oktyabr 2010 11:39 (UTC +04:00)
ABŞ sübut olunmuş neft ehtiyatları 7 milyard bareli ötən Azərbaycana mühüm rol ayırır. Çünki ölkə həm əsas karbohidrogen həcmlərinin ixracatçısı, həm də Xəzərin şərq sahillərindən neft və qazın Qərbə ixracı üçün mühüm tranzit məntəqədir.
Azərbaycanın enerji nəqliyyatı infrastrukturunun inkişafı region üçün mühüm rol oynayır – amerikalı ekspert Edvard Çou (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir N.İsmayılova/

ABŞ sübut olunmuş neft ehtiyatları 7 milyard bareli ötən Azərbaycana mühüm rol ayırır. Çünki ölkə həm əsas karbohidrogen həcmlərinin ixracatçısı, həm də Xəzərin şərq sahillərindən neft və qazın Qərbə ixracı üçün mühüm tranzit məntəqədir.

"Bakı-Tbilsii-Ceyhan, Bakı-Supsa və Cənubi Qafqaz qaz kəməri də daxil olmaqla, [Azərbaycan] infrastrukturun inkişafı Azərbaycan və ümumilikdə, region üçün mühüm rol oynayır". Bu barədə cümə axşamı Trend BİA-dakı brifinqdə Amerikanın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin energetika məsələləri üzrə baş eksperti Edvard Çou (Edward Chow) məlumat verib.

Onun sözlərinə görə, Cənub enerji dəhlizinin inkişafı ilə daha çox enerji nəqliyyat layihələri həyata keçirilə bilər. Hətta əgər Azərbaycanda 20-30 il ərzində çıxarıla bilən resurslar azalsa belə, dünya bazarındakı kəsirin yerini doldura biləcək regional neft-qaz layihələri mövcud olacaq.

Cənub enerji dəhlizi "Nabukko" və ITGI də daxil olmaqla, bir neçə qaz kəmərinin tikintisini nəzərdə tutur ki, bu da Xəzər qazının ixracını artırmağa və Aİ ölkələrinə bu yanacağın tədarükü mənbələrinin şaxələndirilməsinə imkan verəcək.

"ABŞ hökuməti həmişə "Nabukko" layihəsinə sabit yanaşıb. ABŞ-da hökumətin dəyişməsi ilə "Nabukko"ya münasibətin mahiyyəti əvvəlki kimi qalıb; ola bilsin, bu marağın ifadə üsulları dəyişib", - Amerikanın "Chevron" şirkətində 20 il çalışan Çou bildirib.

Onun fikrincə, "Cənub dəhlizi"nin effektiv işləməsi üçün Türkiyədən Qərbə Xəzər qazının nəqlinin iqtisadi baxımdan daha cəlbedici yolunu tapmaq vacibdir.

"Nabukko" hər şeydən əvvəl Amerikanın yox, Avropanın layihəsidir, buna görə də ABŞ hökumətinə Avropaya daha əlverişli qaz nəqli marşrutunu tövsiyə etmək qətiyyən münasib deyil", - Çou deyib.

Ekspertin sözlərinə görə, boru kəmərlərinin doldurulmasının əlavə mənbələrini axtarmaqdansa, inkişaf etmiş qaz nəqli sisteminin mövcudluğu Azərbaycan üçün daha prioritet vəzifədir.

"Ona görə də son vaxtlar ITGI kimi layihələrə maraq artıb", - Çou deyib.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəmərinin tikintisinə 2012-ci ildə başlanması nəzərdə tutulub. İlk tədarüklərə 2015-ci ildə start veriləcək. Kəmərin ilkin maksimum gücü ildə 31 milyard barel təşkil edəcək. Qaz kəməri Azərbaycan, Türkmənistan və İraqdan qazın tədarük olunmasına yönəlib.

"Interconnector Turkey-Greece-Italy (ITGI)" qaz kəmərinin planlaşdırılan buraxılış qabiliyyəti ildə 11,8 milyard kubmetr təşkil edir ki, bunun 3,6 milyard kubmetrini Yunanıstan, yerdə qalan hissəsini isə İtaliya almaq fikrindədir.

Xəbər lenti

Xəbər lenti