...

Ucar rayonunda qazın verilməsində məhdudiyyətlər olacaq

Energetika Materials 25 Oktyabr 2010 20:11 (UTC +04:00)
Çərşənbə axşamı təmir işləri ilə əlaqədar Ucar rayonunun təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.
Ucar rayonunda qazın verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Çərşənbə axşamı təmir işləri ilə əlaqədar Ucar rayonunun təbii qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə ARDNŞ-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, bu rayonun qazla təchizatı Bakı vaxtı ilə saat 09:00-dan 19:00-dək dayandırılacaq.

Həmin müddət ərzində Ucar şəhəri də daxil olmaqla rayonun bütün kənd və qəsəbələrinə təbii qazın verilişində məhdudiyyətlər yaranacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti