...

"Azərenerji" SC gücləndirilmiş iş rejiminə keçməyə hazırlaşır

Energetika Materials 11 Noyabr 2010 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar noyabrın 13-dən "Azərenerji" SC gücləndirilmiş iş rejiminə keçir. Bu barədə SC-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Qurban bayramı ilə əlaqədar Azərbaycanda 15, 16 və 17 noyabr rəsmən qeyri-iş günləri elan edilib.

Məlumatda deyildiyi kimi, bayram günlərində elektrik enerjisinə tələbin yüksək səviyyədə olmasına baxmayaraq, enerji təchizatı ilə bağlı problem yaranmayacaq.

"Qurban bayramı ilə əlaqədar "Azərenerji" SC bayram günlərində istehlakçıları elektrik enerjisi ilə tələb olunan həcmdə təmin etmək məqsədi ilə müvafiq tədbirlər planı hazırlayıb. Ehtiyatda olan bütün elektrik avadanlıqları tam təmir olunub və hazır vəziyyətə salınıb", - məlumatda deyilir.

SC istehlakçılarından problem yarandıqda 186 "qaynar xətt" telefon xidmətinə müraciət etməyi xahiş edir. Problemlər yaradılan operativ briqadalar tərəfindən dərhal həll olunacaq.

Xəbər lenti

Xəbər lenti