Аzərbaycan, Bakı, 24 noyabr /Trend/
Yanvar-oktyabr ayları ərzində Səngəçal elektrik stansiyası proqnozlaşdırılan 908 milyon kilovatt-saata qarşı 936,9 milyon kilovatt-saata yaxın elektrik enerjisi istehsal edib. Bu barədə çərşənbə günü "Azərenerji" ASC-dən verilən məlumatda belə deyilir.
Oktyabr ayında elektrik stansiyasında 109 milyon kilovatt-saata yaxın elektrik enerjisi istehsal edilib.
300 meqavatlıq Səngəçal elektrik stansiyası 18 aqreqatdan ibarətdir. Digər enerji obyektlərindən fərqli olaraq, bu stansiya yanacağın üç növü - mazut, qaz və dizellə işləyir.