...

ARDNŞ Azərbaycanda yeni yanacaqdoldurma məntəqələri açır

Energetika Materials 2 Dekabr 2010 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.İsmayılov/

Yaxın vaxtlarda ARDNŞ Bakı-Quba istiqaməti üzrə beton avtomobil yolunda yeni yanacaqdoldurma məntəqəsini istismara verəcək. Bu barədə cümə axşamı ARDNŞ-dəki mənbə deyib.

Onun sözlərinə görə, bu yanacaqdoldurma məntəqəsininin tikintisi çərçivəsində işlər praktiki olaraq başa çatdırılıb.

Mənbənin sözlərinə görə, iki məntəqənin tikintisi üzrə işlər də başa çatmaq üzrədir. Onlardan biri Ələt qəsəbəsində, digəri isə Bakı-Sumqayıt avtomobil yolunda yerləşəcək. Bu yanacaqdoldurma məntəqələrinin ilin sonunadək istismara verilməsi gözlənilir.

Azərbaycanda SOCAR brendi altında beş yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Bundan əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayevin dediyi kimi, bu ilin sonuna qədər istismara verilən YDM-lərin sayı 10 ədəd təşkil edəcək. Ümumilikdə ARDNŞ Azərbaycanda 26-30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. Həmçinin, stansiyaların respublikanın giriş və çıxış yollarında tikilməsinə böyük diqqət ayrılır. Azərbaycanda YDM-lərin inşasına qoyulan investisiyalar 20 milyon manat təşkil edir.

Gələn il Azərbaycanda daha 10 yanacaqdoldurma məntəqəsinin açılması planlaşdırılır.

"SOCAR Petroleum"un səhmdarları ARDNŞ (51 faiz) və ABŞ-ın A.P. International (49 faiz) şirkətidir. "SOCAR Petroleum" 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti