...

Transxəzər qaz kəməri layihəsinin taleyini Azərbaycan və Türkmənistan həll etməlidir – Riçard Morninqstar

Energetika Materials 9 Dekabr 2010 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir А.Bədəlova/

ABŞ hesab edir ki, Türkmənistan qazının Avropa bazarına nəql oluna biləcəyi Transxəzər qaz kəməri layihəsinin taleyini Azərbaycan və Türkmənistan həll etməlidir.

"İstənilən halda qaz kəməri Azərbaycan və Türkmənistanın ərazi sularından keçəcək, ona görə də yalnız bu iki dövlət layihənin taleyini həll etməlidir", - ABŞ-ın energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar "Kommersant" qəzetinə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ illərdir ki, Transxəzər qaz kəməri layihəsini dəstəkləyib. Lakin bu gün onun inşasının başlanması Xəzər dənizinin statusunun həll olunmaması ilə çətinləşib.

"Bu gün iki qonşu ölkənin - Azərbaycan və Türkmənistanın bu boru kəmərinin digərlərinə mane olmadan reallaşdırılması barədə razılığa gəlib-gəlməyəcəyi ilə bağlı debatlar gedir", - o deyib.

"Bəziləri belə hesab edir ki, beş Xəzəryanı dövlətin hamısı qərar qəbul etməlidir, - Morninqstar deyib. - Türkmənistan suveren ölkədir və nə edəcəyini özü düşünməlidir".

300 kilometrə yaxın uzunluğu olan Transxəzər qaz kəmərinin Xəzərin Türkmənistan sahilindən Azərbaycan sahilinə qədər çəkilməsi planlaşdırılır ki, burada o, tərkibinə Aİ üçün prioritet olan "Nabukko" qaz kəməri layihəsinin daxil olduğu "Cənub dəhlizi"nə qoşulacaq.

Xəbər lenti

Xəbər lenti