Azərbaycan, Bakı, 10 dekabr /Trend/
Azərbaycanın rayonlarında qaz kəməri və qaz obyektlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar olaraq, qazın verilməsində müvəqqəti məhdudiyyətlər olacaq. Bu barədə cümə günü ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat verilib.
Xüsusilə, Yevlax-Balakən magistral qaz kəmərində qaz sızmasının qarşısını alınması üzrə işlər, "Əmircan-Bülbülə" orta təzyiqli qaz kəmərində birləşdirici işlər, həmçinin "Gövhər" qazpaylayıcı stansiyasında təmir işləri aparılacaq. 10 dekabr saat 18:00-dək qaz təchizatında məhdudiyyətlər müşahidə olunacaq.
Həmçinin bir sıra qaz obyektlərində işlərin aparılması ilə bağlı Gəncə qaz paylayıcı stansiyasından qidalanan "Gəncə şəhəri -2" orta təzyiqli boru kəmərinə yanacaq verilməsi dayandırılacaq. Bu müddətdə Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Gəncə, Ucar və Yevlax rayonları, həmçinin Bakının Suraxanı rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyətlər yaranacaq.