Azərbaycan, Bakı, 14 dekabr /Trend/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorunda "Günəşli" dəniz yatağında iki yeni qaz-kondensat quyusunu istismara verib. Bu barədə çərşənbə axşamı ARDNŞ-dən məlumat verilib. Yeni quyuların qazılması "28 may" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə həyata keçirilib.
Məlumatda deyildiyi kimi, quyulardan birinin layihə dərinliyi 3550 metr təşkil edir, quyudan sutkada 120 min kubmetr qaz və 15 ton kondensat hasil edilir. İkinci quyunun sutkalıq hasilatı 170 min kubmetr qaz və 26 ton kondensat təşkil edir.
Hər iki quyunun qazılmasına cari ilin martında başlanılıb. Qazma işlərini Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi həyata keçirib.