...

ARDNŞ yanvar-noyabr aylarında neft və qaz hasilatını artırıb

Energetika Materials 14 Dekabr 2010 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Yanvar-noyabr aylarında Azərbaycanda 47,1 milyon ton neft və kondensat hasil olunub ki, bu da 2009-cu ilin analoji dövründə qeydə alınan göstəricidən 1,6 faiz çoxdur. Bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Azərbaycanda neft həm ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yataqlarından, həm də xarici şirkətlərlə birgə hasil olunur. Hasil olunan neftin əsas hissəsi "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun və "Şahdəniz" qaz-kondensat yatağının payına düşür.

Yanvar-noyabr aylarında Azərbaycanda 24,4 milyard kubmetr qaz hasil olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 13,8 faiz çoxdur. Bu dövrdə əmtəə qazının həcmi 15,5 milyard kubmetrə yaxın təşkil edib.

Yanvar-noyabrda Azərbaycanda 16,7 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən bir faiz azdır.

Xəbər lenti

Xəbər lenti