...

BP Azərbaycandakı neft platformasında texniki təhlükəsizliklə bağlı işləri dayandırıb

Energetika Materials 15 Dekabr 2010 18:39 (UTC +04:00)
Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqlar blokunun operatoru olan BP şirkəti "Çıraq" yatağındakı platformadan yüngül neft hasilatını dayandırıb.
BP Azərbaycandakı neft platformasında texniki təhlükəsizliklə bağlı işləri dayandırıb

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqlar blokunun operatoru olan BP şirkəti "Çıraq" yatağındakı platformadan yüngül neft hasilatını dayandırıb. Bu barədə çərşənbə günü Trendə "BP Azerbaijan" şirkətindən bildiriblər. Platformada işlər şənbə günü dayandırılıb.

"Platformada yanğınsöndürmə sisteminin sınaqdan keçirilməsi zamanı profilaktik təmir işlərinin aparılması zərurəti olduğunu gördük, işlərə başladıq və əlbəttə ki, platformada hasilatı dayandırdıq. Platformada işlər texniki təhlükəsizlik baxımından, yalnız təmir işlərinin aparılması üçün dayandırılıb", - BP-dən bildiriblər.

BP nümayəndəsinin sözlərinə görə, platformada işlərin dayandırılması təhlükəsizlik qaydaları ilə bağlı yaranan zərurətdir. "Platformanın, adamların təhlükəsizliyi bizim üçün çox vacib məsələdir", - şirkətin nümayəndəsi bildirib. Təmir işləri başa çatan kimi platformada işlər bərpa ediləcək.

O cümlədən "Azəri" yatağında və dərinsulu "Günəşli" yatağındakı digər platformalar, Səngəçal neft terminalı və başqa ixrac obyektləri normal rejimdə işləyir.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator - iştirak payının 34,43 faizi), "Chevron" (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), "Statoyl" (8,56 faiz), "ExxonMobil" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Delta Hess" (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti