...

ARDNŞ katalitik riforminq qurğusunun işə salınmasının 30 illiyini qeyd edib

Energetika Materials 18 Dekabr 2010 17:02 (UTC +04:00)
30 il ərzində Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) katalitik riforminq qurğusunda 18 milyon ton yüksək oktanlı benzin istehsal edilib. Bu barədə şənbə günü qurğunun işə salınmasının 30 illiyi ilə əlaqədar bayram mərasimində şirkətin emal üzrə vitse-prezidenti Davud Məmmədov deyib.
ARDNŞ katalitik riforminq qurğusunun işə salınmasının 30 illiyini qeyd edib

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.İsmayılov/

30 il ərzində Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) katalitik riforminq qurğusunda 18 milyon ton yüksək oktanlı benzin istehsal edilib. Bu barədə şənbə günü qurğunun işə salınmasının 30 illiyi ilə əlaqədar bayram mərasimində şirkətin emal üzrə vitse-prezidenti Davud Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, katalitik riforminq qurğusu Azərbaycanda yüksək oktanlı benzini istehsal etməyə imkan verir.

Katalitik riforminq qurğusu 1980-ci il dekabrın 14-də işə salınıb, ilk məhsul isə dekabrın 16-da əldə edilib. Qurğu ABŞ-ın UOP şirkətinin texnologiyası əsasında tikilib, layihə isə Fransanın "Litvin" şirkəti tərəfindən həyata keçirilib.

Bayran mərasimi zamanı ARDNŞ rəhbərliyinin nümayəndələri, eləcə də neft emalı zavodunun işçiləri istehsalın texnoloji prosesi ilə tanış olublar.

Yubileylə əlaqədar ARDNŞ prezidenti Rövnəq Abdullayev zavodun altı işçisinin mükafatlandırılması haqqında fərman imzalayıb.

Xəbər lenti

Xəbər lenti