...

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda neft hasilatı azalıb

Energetika Materials 23 Dekabr 2010 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun operatoru olan BP şirkəti bu yataqda qazın laya vurulmasını həyata keçirən qaz-kompressor stansiyalarından birində aparılan təmir işləri ilə əlaqədar neft hasilatını müvəqqəti dayandırıb. Bu barədə Trend-ə cümə axşamı neft-qaz bazarındakı mənbə deyib.

Neft hasilatı sutkada təxminən 925 min bareldən təxminən 740 min barelədək azalıb. Tam həcmdə hasilat həftənin sonuna bərpa ediləcək.

Yataqlardan neftlə birgə hasil edilən səmt qazı təzyiqi saxlamaq üçün hissə-hissə laya vurulur. Kompressor stansiyasının işinin dayandırılması və buna uyğun olaraq vurulmanın həcminin azalması səbəbindən neft hasilatı da azalıb.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator - 34,43 faiz iştirak payı), "ChevronTexaco" (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), "Statoyl" (8,56 faiz), "ExxonMobil" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti