Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.İsmayılov/
Yanvar-noyabr aylarında Türkiyənin dövlət boru kəməri şirkəti BOTAŞ Türkiyəyə müxtəlif mənbələrdən 28,98 milyard kubmetrə yaxın qaz idxal edib. 2009-ci ilin analoji dövründə bu göstərici 30,2 milyard kubmetr təşkil edib. Bu barədə BOTAŞ şirkətinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.
Ümumilikdə 2009-cu ildə BOTAŞ Türkiyəyə 33,6 milyard kubmetrdən çox qaz idxal edib. 2008-ci ildə bu göstərici 37,8 milyard kubmetr təşkil edib.
Yanvar-noyabr aylarında BOTAŞ boru kəməri şirkətinin ixrac əməliyyatlarının payına 615 milyon kubmetr qaz düşüb. 2009-cu ilin yanvar-noyabr aylarında bu göstərici 645 milyon kubmetr, 2008-ci ildə 443 milyon kubmetr, 2007-ci ildə isə 31 milyon kubmetr olub.
Yanvar-noyabr aylarında Türkiyənin daxili bazarında 27,9 milyard kubmetrə yaxın qaz satılıb. Ötən ilin analoji dövründə bu göstərici 28,7 milyard kubmetrə yaxın olub.
2009-cu ildə Türkiyənin daxili bazarında 32 milyard kubmetrdən çox qaz satılıb. 2008-ci ildə bu göstərici 36 milyard kubmetr, 2007-ci ildə isə 35,1 milyard kubmetr təşkil edib.