...

ARDNŞ-nin Kulevi neft terminalında mərkəzi kalibrləmə laboratoriyası yaradılıb

Energetika Materials 30 Dekabr 2010 14:26 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanda Kulevi Qara Dəniz Terminalının metroloji təminatın keyfiyyətinin və əhatə dairəsinin artırılmasına yönəldilmiş inkişaf proqramları həyata keçirir. Bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.
ARDNŞ-nin Kulevi neft terminalında mərkəzi kalibrləmə laboratoriyası yaradılıb

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanda Kulevi Qara Dəniz Terminalının metroloji təminatın keyfiyyətinin və əhatə dairəsinin artırılmasına yönəldilmiş inkişaf proqramları həyata keçirir. Bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Ölçmələrin vəhdətini və ölçmə avadanlıqlarının metroloji təminatını təmin etmək məqsədi ilə mərkəzi kalibrləmə laboratoriyası yaradılıb.

2010-cu ilin dekabrında Qara Dəniz Terminalı qaz analizatorlarının kalibrlənməsi üçün tələb olunan bütün avadanlıqları əldə edib.

Ölçmə avadanlıqlarının kalibrlənməsindən başqa, Qara Dəniz Terminalı üçün neft məhsulları və ballast sularının laborator analizlərini də həyata keçirilir.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti