...

Gürcüstanda "SOCAR" brendli daha səkkiz yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Energetika Materials 30 Dekabr 2010 19:57 (UTC +04:00)
Cümə axşamı ARDNŞ-nin Gürcüstanda həyata keçirdiyi investisiya proqramının davamı olaraq SOCAR Energy Georgia – SOCAR Georgia Petroleum MMC tərəfindən inşa olunmuş müasir standartlara cavab verən “SOCAR” brendli daha 8 yanacaqdoldurma məntəqəsinin açılış mərasimi keçirilmişdir.
Gürcüstanda "SOCAR" brendli daha səkkiz yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Cümə axşamı ARDNŞ-nin Gürcüstanda həyata keçirdiyi investisiya proqramının davamı olaraq SOCAR Energy Georgia - SOCAR Georgia Petroleum MMC tərəfindən inşa olunmuş müasir standartlara cavab verən "SOCAR" brendli daha 8 yanacaqdoldurma məntəqəsinin açılış mərasimi keçirilmişdir. Bu barədə ARDNŞ-nin yaydığı məlumatda bildirilir.

Yeni YDM-lər Tbilisi şəhərində, Xaraqauli rayonunda, Samtrediya rayonunun İaneti qəsəbəsində, Siğnaği rayonunun Çnori qəsəbəsində, Acarıstan Muxtar Respublikasının Xelvaçauri rayonunda, Bolnisi rayonunun Faxralı və Kəpənəkçi kəndlərində, habelə Lagodexi rayonunun Qabal kəndində istifadəyə verilmişdir.

Bununla da bugünədək 56 YDM-lə əhaliyə yüksək keyfiyyətli xidmət göstərən SOCAR Energy Georgia MMC-yə məxsus YDM-lərin sayı 64-ə çatmışdır.

Onu da qeyd etmək lazımdır ki, həmin yanacaqdoldurma məntəqələrində çoxlu sayda soydaşımız (təqribən 50 nəfər) daimi iş yerləri ilə təmin olunmuşlar. Açılış mərasimlərində ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin və SOCAR Energy Georgia şirkətinin əməkdaşları, Bolnisi rayonunun İcra Başçısı Soso Laliaşvili və digər rəsmi şəxslər, habelə Azərbaycan və Gürcüstan kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti