Azərbaycanda "SOCAR Cape" MMC qeydiyyatdan keçib

Energetika Materials 7 Yanvar 2011 16:38 (UTC +04:00)
Azərbaycanda 100 min manatlıq kapitalla "SOCAR Cape" MMC qeydiyyatdan keçib.
Azərbaycanda "SOCAR Cape" MMC qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Azərbaycanda 100 min manatlıq kapitalla "SOCAR Cape" MMC qeydiyyatdan keçib. Bu barədə cümə günü Azərbaycan Vergilər Nazirliyi saytının "bir pəncərə" bölməsində deyilir.

MMC-nin təsisçisi qismində ARDNŞ və "Cape Industrial Services Limited" (Böyük Britaniya) çıxış edir.

Şirkətin rəsmi nümayəndəsi İlqar Əhmədovdur. Müşahidə Şurasının üzvləri Vaqif Əliyev, Fuad Kərimli, Bəhruz Qurbanov və Aleksandr Qalkindir.

MMC dekabrın 2-də qeydiyyatdan keçib.

ARDNŞ və "Cape" arasında müştərək müəssisənin yaradılmasına dair saziş 2010-cu il iyunun 30-da imzalanıb. Müəssisənin iştirak payı ARDNŞ (51 faiz) və "Cape" arasında (49 faiz) bölüşdürülüb.

"SOCAR Cape" artıq "Amec-Tekfen-Azfen" alyansı ilə "Chirag oil project" çərçivəsində platformanın yuxarı tikililərinin hazırlanması üzrə xidmətlərin göstərilməsi üçün müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti