...

ARDNŞ "Ümid" yatağında kəşfiyyat qazmasına hazırlaşır

Energetika Materials 13 Yanvar 2011 18:48 (UTC +04:00)
ARDNŞ Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağında ikinci kəşfiyyat quyusunun qazılmasına hazırlaşır.
ARDNŞ "Ümid" yatağında kəşfiyyat qazmasına hazırlaşır

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

ARDNŞ Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağında ikinci kəşfiyyat quyusunun qazılmasına hazırlaşır. Bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Qazma işlərinə başlamaq üçün qazma qurğusu 3,3 metr sürüşdürüləcək, tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra qazma prosesinə başlanacaq. Yeni quyunun layihə dərinliyi 6500 metrdir. Qazma işlərinin bu ilin sonu, 2012-ci ilin əvvəllərinə başa çatdırılması planlaşdırılır.

Məlumtda deyildiynə görə, dənizin 58 metr dərinliyində quraşdırılmış "Ümid" platformasından ümumilikdə 6 quyunun qazılması nəzərdə tutulub. Qazılacaq hər quyudan sutkada 1-1,5 milyon kubmetr qaz, 300-350 ton kondensat hasil ediləcəyi gözlənilir.

Bundan əvvəl ARDNŞ yeni qaz-kondensat yatağı "Ümid"in kəşf edildiyini elan edib.

ARDNŞ mütəxəssislərinin qiymətləndirmələrinə görə, yataqda ehtiyatların həcmi 250 milyard kubmetr qaz və 40 milyon ton qaz-kondensat təşkil edir.

Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağı Bakının 75 kilometrliyində, qurudan 40 kilometr uzaqlıqda yerləşir. Burada 1953-cü ildə ilk dəfə geofiziki işlər aparılıb. Bu işlər 1972-ci ildə daha təkmilləşdirilmiş şəkildə yenidən həyata keçirilib. Daha sonralar, 1977-ci ildən 1992-ci ilədək doqquz quyu qazılsa da, onlardan heç biri nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti