...

Yaxın günlərdə Gürcüstanda ARDNŞ-nin yanacaqdoldurma məntəqələrində McDonald's restoranları açılacaq

Energetika Materials 14 Yanvar 2011 16:45 (UTC +04:00)
Yaxın günlərdə Gürcüstanda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) beş yanacaqdoldurma məntəqəsində McDonald's restoranlar şəbəkəsinin filialları açılacaq.
Yaxın günlərdə Gürcüstanda ARDNŞ-nin yanacaqdoldurma məntəqələrində McDonald's restoranları açılacaq

Gürcüstan, Tbilisi, 14 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Yaxın günlərdə Gürcüstanda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) beş yanacaqdoldurma məntəqəsində McDonald's restoranlar şəbəkəsinin filialları açılacaq.

Bu layihənin həyata keçirilməsi üçün tərəflər arasında müvafiq memorandum imzalanıb. Sənədə əsasən, restoranlar Tbilisi, Batumi, Telavi və Marneulidəki yanacaqdoldurma məntəqələrində açılacaq. Restoranlardan birincisi Batumidə açılacaq.

"Tezliklə sürücülər bizim yanacaqdoldurma məntəqələrimizdə maşından düşməyərək məşhur McDonald's restoranının xidmətlərindən istifadə edə biləcəklər", - ARDNŞ-dən məlumat verilib.

Hazırda ARDNŞ-nin Gürcüstandakı yanacaqdoldurma məntəqələri 60-dan çoxdur.

Gürcüstanda ARDNŞ-nin maraqlarını "SOCAR Energy Georgia" törəmə şirkəti təmsil edir. "SOCAR Energy Georgia"nın həmtəsisçiləri: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 24,5 faiz və İvan Çxartişvili - 24,5 faiz.

Xəbər lenti

Xəbər lenti