...

2010-cu ildə Bakı limanı 2 milyon tona yaxın neft məhsulu daşıyıb

Energetika Materials 17 Yanvar 2011 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1,99 milyon ton neft və neft məhsulları daşıyıb ki, bu da ötən ilin göstəricisindən 21 faiz azdır. Bu barədə bazar ertəsi Bakı limanındakı mənbə deyib.

"Ötən il neft yüklərinin daşınması üzrə göstərici 1,99 milyon tona çatıb ki, bu da ötən ilin göstəricisindən 21 faiz azdır", - mənbə qeyd edib.

Mənbənin əvvəllər dediyi kimi, neft yüklərinin daşınma həcminin azalması Qazaxıstan və Türkmənistan neftinin tranzitinin ümumi azalması, eləcə də Mərkəzi Asiyadan olan neft yüklərinin bir hissəsinin hələ ötən il Səngəçal terminalına yönəldilməsi ilə izah edilir. Daşınmanı "Cross Caspian" şirkəti həyata keçirir.

2009-cu ildə Bakı limanı 2,5 milyon ton neft yükləri daşıyıb ki, bu da 2008-ci ildəki göstəricidən 10 faiz azdır.

Xəbər lenti

Xəbər lenti