...

Azərbaycan neftinin qiymətləri fevralın 23-də artıb

Energetika Materials 24 Fevral 2011 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir E.İsmayılov/

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 23-də 112,86 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiymətləri çərşənbə axşamına nisbətən 3,14 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 23-də 111,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,14 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 23-də 106,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,22 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 23-də 110,23 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,41 dollar/ barel çoxdur.

Xəbər lenti

Xəbər lenti