Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.İsmayılov/
2010-cu ildə BP operatoru olduğu "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 40,6 milyon ton (300,4 milyon barel) neft hasil edib. 2009-cu ildə bu göstərici 40,3 milyon tondan çox olub. Trend-in məlumatına görə, bu barədə BP şirkətinin hesabatında deyilir.
Bu il yataqlar blokunda sutkalıq neft hasilatı orta hesabla , 823,1 min barel təşkil edəcək.
Ötən il bu layihə çərçivəsində istismar xərcləri 426 milyon dollar, əsaslı xərclər 1,648 milyard dollar təşkil edib.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: BP (operator - 34,1%), "Chevron" (10,2%), ARDNŞ (10%), INPEX (10%), "StatoilHydro" (8,6%), "ExxonMobil" (8%), TRAO (6,8%), "Devon" (5,6%), ITOCHU (3,9%), "Hess" (2,7%).