...

Azərbaycanın neft ehtiyatları 2 milyard ton təşkil edir - ARDNŞ prezidenti

Energetika Materials 2 Mart 2011 18:09 (UTC +04:00)
Azərbaycanın neft ehtiyatları 2 milyard ton təşkil edir, çıxarıla bilən qaz ehtiyatları isə 2,2 trilyon kubmetr həcmində qiymətləndirilir.
Azərbaycanın neft ehtiyatları 2 milyard ton təşkil edir - ARDNŞ prezidenti

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın neft ehtiyatları 2 milyard ton təşkil edir, çıxarıla bilən qaz ehtiyatları isə 2,2 trilyon kubmetr həcmində qiymətləndirilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev təqaüd proqramlarının iştirakçıları və gənc mütəxəssislərlə görüşündə bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycan neft və qaz hasilatında müvafiq olaraq 51 ton neft və 27 milyard kubmetr qaz olmaqla yüksək göstəricilərə nail olub.

Abdullayevin sözlərinə görə, son illərdə Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və qaz idxalçısından ixracatçıya çevrilib. Hazırda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə və Rusiyaya ixrac olunur.

2010-cu ildə ARDNŞ-nin neft-qaz çıxarma idarələri tərəfindən 7,28 milyon ton neft və 7 milyard kubmetrdən çox qaz hasil olunub. ARDNŞ xarici tərəfdaşlarla birgə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağı kimi iri layihələrdə iştirak edir.

ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qaz paylanması) müəssisəsi daxildir. ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ-ə malikdir), eləcə də Azərbaycanda, Gürcüstanda və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir.

AZRDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti