...

MHŞT tamhüquqlu üzvlərinin sayını genişləndirib

Energetika Materials 2 Mart 2011 19:24 (UTC +04:00)
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə idarə heyəti 6 ölkəyə tamhüquqlu üzv statusunun verilməsini qərara alıb.
MHŞT tamhüquqlu üzvlərinin sayını genişləndirib

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Ü.İsmayılova/

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə idarə heyəti 6 ölkəyə (Norveç, Qırğızıstan, Nigeriya, Yəmən, Niger, Mərkəzi Afrika Respublikası) tamhüquqlu üzv statusunun verilməsini qərara alıb. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatında deyilir.

EITI idarə heyətinin iclası çərşənbə günü Parisdə (Fransa) keçirilib.

Azərbaycanı idarə heyətində təmsil edən MHŞT üzrə hökumət komissiyasının sədri, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak edib.

"İki yeni ölkəyə isə (Qvatemala və Trinidad və Tobaqo) namizədlik statusu verilib", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti