...

ARDNŞ hökumət üçün yeni neft-qaz emalı kompleksinin təqdimatını hazırlayır

Energetika Materials 2 Mart 2011 20:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.İsmayılov/

ARDNŞ hökumət üçün yeni neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin təqdimatını hazırlayır. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, bu layihənin konsepsiyasının və texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə işlər başa çatıb.

"Biz artıq bu məsələ ilə bağlı hökumət üçün təqdimat hazırlayırıq", - Abdullayev bildirib.

Abdullayevin sözlərinə görə, kompleks illik gücü 10 milyon ton olan yeni neft emalı zavodunun, 10-15 milyard kubmetrlik gücə malik qaz emalı zavodunun və neft-qaz və kimya müəssisələrinin tikintisini nəzərdə tutur.

Onun sözlərinə görə, şirkətin iştirak payına malik olduğu "Petkim" neft-kimya kompleksi yaxınlığında yeni neft emalı zavodunun tikintisi çərçivəsində işlərə start verilib.

Bu layihə çərçivəsində layihələşdirmə işləri başa çatdırılıb, konsepsiya və TİƏ hazırlanıb. Hazırda maliyyələşdirmə məsələsi ilə bağlı banklarla iş aparılır.

"İlin ortalarında "Petkim" kompleksinin xammalla təmini üçün nəzərdə tutulan yeni zavodun təməlqoyma mərasimi gözlənilir", - ARDNŞ rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti