...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tullantıların yandırılması zavodunun tikintisi çərçivəsində tender elan edib

Energetika Materials 12 Mart 2011 14:22 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi tikilməkdə olan bərk məişət tullantıları zavodunun istehsal edəcəyi elektrik enerjisinin mərkəzi enerji sisteminə tədarükü üçün 15/110 kilovoltluq stansiyanın və digər yardımçı avadanlığın tikintisinə dair tender elan edib.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tullantıların yandırılması zavodunun tikintisi çərçivəsində tender elan edib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tikilməkdə olan bərk məişət tullantıları zavodunun istehsal edəcəyi elektrik enerjisinin mərkəzi enerji sisteminə tədarükü üçün 15/110 kilovoltluq stansiyanın və digər yardımçı avadanlığın tikintisinə dair tender elan edib.

Tenderdə iştirak etmək istəyənlər iştirak üçün ərizəni və digər sənədləri cari il aprelin 21-i saat 17:00-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim etməlidirlər. Tender təklifləri və bank zəmanəti aprelin 29-u saat 17:00-dək təqdim edilməlidir.

Tender təkliflərinin açılması aprelin 30-da saat 11:00-da Bakı ş., Ü.Hacıbəyov küç, 40, Hökumət Evi ünvanında olacaq.

Əlavə məlumatı almaq üçün (+99412) 493 88 67 telefonuna müraciət etmək olar.

İqtisadi İnkişaf Nazirliyi bərk məişət tullantılarının yandırılması zavodunun qazlaşdırılması üzrə işlərin görülməsi üçün də tender elan edib.

Tenderdə iştirak etmək arzusunda olanlar iştirak üçün ərizəni və digər sənədləri cari il aprelin 21-i saat 17:00-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim etməlidirlər. Tender təklifləri və bank zəmanəti aprelin 29-u saat 17:00-dək təqdim edilməlidir.

Tender təkliflərinin açılması aprelin 30-da saat 11:00-da Bakı ş., Ü.Hacıbəyov küç, 40, Hökumət Evi ünvanında olacaq.

Xəbər lenti

Xəbər lenti