...

ABŞ və Azərbaycan arasında birbaşa hava əlaqəsinin açılması uğurla irəliləyir - səfir Metyu Brayza

Energetika Materials 18 Mart 2011 19:29 (UTC +04:00)
ABŞ enerji məsələlərində Azərbaycan ilə uğurla əməkdaşlıq edir. Bu barədə cümə günü ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Trend-ə müsahibəsində deyib.
ABŞ və Azərbaycan arasında birbaşa hava əlaqəsinin açılması uğurla irəliləyir - səfir Metyu Brayza

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Y.Ostapenko/

ABŞ enerji məsələlərində Azərbaycan ilə uğurla əməkdaşlıq edir. Bu barədə cümə günü ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Trend-ə müsahibəsində deyib.

"Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan neft ixracı üçün ilk dəfə olaraq dəhliz yaradılıb. İndi investisiyaların yeni nəsli Avropaya qaz tədarüklərini şaxələndirməkdə kömək edir", - Brayza bildirib.

Onun sözlərinə görə, bu gün qazın tranzit və satışı məsələlərinin həllinə ehtiyac duyulur. Bundan başqa, ötən ilin iyununda Türkiyə və Azərbaycan arasında bağlanan qazın tranziti haqqında sazişin həyata keçirilməsi də lazımdır.

"Biz ümid edirik ki, hər iki tərəf yaxın vaxtlarda bu məsələni həll edəcək", - Brayza vurğulayıb.

Səfir onu da qeyd edib ki, hazırda ABŞ və Azərbaycan arasında birbaşa hava xəttinin açılması prosesi uğurla davam edir.

"İndi proses yaxşı irəliləyir. Mən bu prosesin gedişindən razıyam", - Brayza bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsi ABŞ tərəfindən Azərbaycanın aidiyyəti orqanları, xüsusilə, "Azərbaycan Hava Yolları" QSC-nin rəhbəri Cahangir Əsgərovla müzakirə edilib.

Səfər əlavə edib ki, ABŞ bu məsələ ilə bağlı Azərbaycana kömək etmək üçün artıq texniki dəstək göstərib.

Yaxın illərdə Azərbaycan Boeing şirkəti ilə müqavilə çərçivəsində yeni təyyarələr, o cümlədən iki Boeing 787 Dreamliner alacaq. Bu hava gəmilərinin alınması "Azərbaycan Hava Yolları" miili aviaşirkətinə ABŞ-a uçuşlar həyata keçirməyə imkan verəcək.

ABŞ və Azərbaycanın əməkdaşlığı haqqında danışan Brayza qeyd edib ki, ölkələr arasında iqtisadiyyatın müxtəlif sektorlarında, xüsusilə də kənd təsərrüfatı sahəsində çoxlu imkanlar var.

"Kənd təsərrüfatı biznesi ölkə iqtisadiyyatının şaxələndirilməsinin artırılmasında, eləcə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında vacib yoldur", - Brayza bildirib.

Səfirin sözlərinə görə, Azərbaycan bərpa edilən enerji mənbələrinin inkişafı üçün böyük potensiala malikdir.

Brayzanın sözlərinə görə, külək enerjisinin inkişafı cəlbedici ola bilər.

"Mən müxtəlif sahibkarlardan kifayət qədər cəlbedici görünən bəzi təkliflər eşitmişəm", - Brayza əlavə edib.

O ümid etdiyini bildirib ki, sahibkarlar külək enerjisi layihələri üçün ölkənin biznes iqliminin cəlbedici olmasında əminlik məqsədilə yerli icra orqanları ilə işləyə biləcəklər.

Bu gün Azərbaycanda alternativ və bərpa edilən enerji mənbələrinin inkişafı ölkənin enerji sektorunun inkişaf prioritetlərindən biridir.

Xəbər lenti

Xəbər lenti