...

Bakı İEM istilik enerjisi istehsalını artırıb

Energetika Materials 19 Aprel 2011 16:33 (UTC +04:00)
Yanvar-fevralda Bakı İstilik Elektrik Mərkəzi tərəfindən 163,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.
Bakı İEM istilik enerjisi istehsalını artırıb

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Yanvar-fevralda Bakı İstilik Elektrik Mərkəzi tərəfindən 163,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Bu, proqnozlaşdırılandan 12,5 milyon kilovat-saat çoxdur. Bu barədə çərşənbə günü Trend-ə "Azərenerji" ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) mətbuat xidmətindən məlumat verilib.

Yanvar-martda stansiya tərəfindən proqnozlaşdırılan 123,5 hika-kaloriyə qarşı 129,8 mindən hika-kaloridan çox istilik enerjisi istehsal edilib.

Məlumata əsasən, martda stansiya tərəfindən 56,7 milyon kilovat-saatdan artıq elektrik enerjisi və 43,4 min hika-kaloriyə yaxın istilik enerjisi istehsal edilib.

Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədə qaz-turbin qurğusu fəaliyyət göstərir. Burada istehsal olunan məhsul "Azərneftyağ" İB və "Azəristiliktəchizat" ASC-nin tələbatını tam ödəyir.

Xəbər lenti

Xəbər lenti