...

ARDNŞ-nin xarici kreditləri üzrə şərtlər yumşaldılıb

Energetika Materials 7 İyun 2011 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir S.Əliyev/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ümumi kredit borcları 1,5 milyard dollar təşkil edir. Bu barədə ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

"Cəlb olunan vəsaitlərin əsas həcmi Azərbaycan Beynəlxaql Bankının (ABB) 750 milyon manat məbləğində olan kreditləri üzrə borcların payına düşür ki, bunun 125 milyon manatı artıq qaytarılıb. Bu kredit üzrə digər ödənişlərin bu il həyata keçiriləcəyi gözlənilir", - Qasımov bildirib.

ABB krediti ötən ilin sentyabrında ayırıb. Kredit illik üç faiz olmaqla yeddi il müddətinə alınıb ki, bunu da iki ili güzəştlidir. Şərtlərə görə, bu müddət ərzində yalnız faizlər ödənilməlidir, sonrakı beş ildə isə faizlərlə yanaşı hər il 150 milyon manat olmaqla əsas borcun ödənişi həyata keçirilməlidir.

Vitse-prezidentin sözlərinə görə, borcun yerdə qalan hissəsi, yəni 100 milyon dollar Fransanın BNP Paribas bankının, 75 milyon dolları Amerikanın Natexis Bankının, 200 milyon dolları isə Hollandiyanın ING bankının payına düşür.

"ARDNŞ-nin cəlb etdiyi kreditlər əsasən öz layihələrinin inkişafına yönəldilib. Həmçinin, Ukraynada 10 YDM və iki neft bazasının alınmasına 80 milyon dollar xərclənib, lakin Ukrayna bazarında topdansatış çox yaxşıdır, ona görə də bu layihə çox əlverişlidir", - ARDNŞ vitse-prezidenti qeyd edib.

Onun sözlərinə görə, iki milyon dollar Rumıniyada 15 YDM-in alınmasına yönəldilib və 7 milyon dollar onların inkişafına yatırılıb.

"Cəlb olunan bütün vəsaitlər üzrə orta dərəcə libor+2,5 faiz təşkil edir və biz bu plankadan çıxmamağa çalışırıq. Əvvəllər kreditlər üzrə orta dərəcə libor + 5 faiz təşkil edirdi", - Qasımov bildirib.

ARDNŞ xarici borcların ödənilməsinə 2010-cu ildən başlayıb.

İyunun 7-nə rəsmi məzənnə 0,7888 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti